Fransanın PSJ komandası ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Paris təmsilçisinin yarımmüdafiəçisi Marko Verratti zədələnib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliyalı yarımmüdafiəçinin Liqa 1-in 11-ci turu çərçivəsində baş tutan Marsel “Olimpik”i ilə səfər oyununda sıradan çıxdığı diqqətə çatdırılıb.

Bud əzələsindən xəsarət alan futbolçunun təxminən 4 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Bu isə o deməkdir ki, Verrati qarşıdakı üç çempionat matçında forma geyinə bilməyəcək. O, UEFA Çempionlar Liqasında Almaniyanın “Leyptsiq” komandasına qarşı keçirəcəkləri matçı da buraxacaq.

Bundan başqa, Verratti İtaliya millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İsveçrə və Şimali İrlandiya ilə oyunlarını da buraxmalı olacaq.