Fransanın PSJ komandası UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsi çərçivəsində Almaniyanın “Leyptsiq” komandasına qarşı keçiriləcək oyundan öncə daha bir futbolçusunun xidmətindən məhrum olub.

Rekord.az xəbər verir ki, argentinalı hücumçu Mauro İkardi ailə problemlərinə görə bugünkü qarşılaşmada iştirak etməyəcək.

Xəyanət səbəbindən həyat yoldaşı və meneceri Vanda Nara ilə boşanmaq ərəfiəsində olan 28 yaşlı forvard klub rəhbərliyindən icazə alıb. Psixoloji durumu yaxşı olmayan futbolçu meydana çıxa bilməcəyini söyləyib.

Daha əvvəl PSJ-nin heyətində Neymar, Serxio Ramos və Leandro Paredesin "Leyptsiq"ə qarşı oynamayacağı bilinirdi.

Bu gün keçiriləcək PSJ - "Leyptsiq" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.