PSJ-nin futbolçuları baş məşqçi Tomas Tuxelin işindən narazıdırlar.

Rekord.az xəbər verir ki, oyunçular komandanın taktikasının olmadığını düşünürlər.

Məlumata görə, onlardan bir neçəsi artıq klubda çıxış etmək istəmir. Bəziləri isə PSJ-nin oyun planının “topu Neymara ver” olduğunu bildirir.

Adı açıqlanmayan futbolçulardan biri “Marsel” görüşündə (0:1) komandanın nə oynadığının bəlli olmadığını və məşqçilər heyətinin yaxşı işləmədiyindən şikayətlənib.

Paris təmsilçisi Liqa1-in ilk turunda “Lans”a, ikinci görüşdə isə “Marsel”ə 0:1 hesabı ilə məğlub olub. Komanda çempionatda ilk qələbəsini dünən “Mets”ə qarşı alıb -1:0.