PSJ-də ciddi itki - Yarımfinalda oynamayacaq
- 17 Avq 2020 17:41
- 660
Fransa çempionu PSJ-nin zədəli qapıçısı Keylor Navasın durumuna aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, 34 yaşlı qolkiperin Çempionlar Liqasının yarımfinal mərhələsində “Leyptsiq”lə (Almaniya) oyunu buraxacağı dəqiqləşib. Bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Atalanta” ilə 1/4 final matçında ayağından zədələnərək məcburi əvəzlənən kosta-rikalı qapıçının avqustun 20-dək sıraya dönə bilməyəcəyi məlum olub. Buna görə də baş məşqçi Tomas Tuxel yarımfinalda ikinci qapıçı Serxio Rikoya şans verməli olacaq.
Qeyd edək ki, sabah Lissabonda keçiriləcək “Leyptsiq” – PSJ matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək.