PSJ "İnter"in cinah müdafiəçisi Əşrəf Hakiminin transferini tamamlayıb.

Rekord.az xəbər verir ki, Paris təmsilçisi bu keçid üçün 60+10 milyon avro təzminat ödəməyə razı olub.

Mərakeşli futbolçunun illik maaşı 8 milyon avro olacaq.

Hakimi ilə 2026-ci ilin iyunun 30-dək müqavilə imzalanıb. 22 yaşlı oyunçu ötən il "Real"dan "İnter"ə 45 milyon avro qarşılığında keçmişdi.