Fransanın PSJ klubu ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Paris təmsilçisinin futbolçusu Neymar zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Liqa 1-in 14-cü turu çərçivəsində baş tutan Lion “Olimpik”i ilə ev oyununun 90+6-cı dəqiqəsində zədələnən Neymar meydanı xərəkdə tərk edib. Fransa mətbuatının xəbərinə görə, braziliyalı hücumçunun ayaq biləyi qırılıb.

PSJ-nin baş məşqçisi Tomas Tuxel Neymarın zədəsinin ciddi ola biləcəyini və son durumunun tibbi müayinədən sonra bilinəcəyini açıqlayıb.

PSJ - “Olimpik” matçı qonaqların minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.