PSJ "Krasnodar"un qapıçısı Matvey Safonovu transfer edib.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, rusiyalı qolkiperlə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.

Təxmini transfer məbləği bonuslar daxil olmaqla 20 milyon avrodur.

Ötən mövsüm Safonov bütün turnirlərdə 30 matçda iştirak edib, 11 oyunda qapısını toxunulmaz saxlayıb.