PSJ-də yeni müqavilə
- 17 Mar 2021 11:20
- 640
Fransanın PSJ klubu ispan müdafiəçisi Xuan Bernatla müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
28 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin iyununa qədər davam edəcək yeni müqavilə imzalanıb. İspaniya yığmasının da üzvü olan müdafiəçinin əvvəlki anlaşmasının müddəti bu mövsümün sonunda başa çatacaqdı.
Xuan Bernat 2018-ci ildən PSJ-də çıxış edir. Müdafiənin sol cinahında oynayan futbolçu bu komandanın heyətində indiyə qədər 76 oyuna çıxıb, 6 qol vurub, 10 məhsuldar ötürməyə imza atıb.