Fransanın PSJ klubu UEFA Çempionlar Liqasında (ÇL) antirekordla yadda qalıb.

Rekord.az xəbər verir ki, PSJ turnirin cari mövsümündə tir və dirəklərə ümumilikdə 14 zərbə endirməklə antirekord müəyyənləşdirib.

Bunlardan 4-ü ÇL-in yarımfinal mərhələsinin Almaniya təmsilçisi "Borussiya" (Dortmund) ilə cavab qarşılaşmasında baş verib. Paris klubu bu rəqiblə iki görüşdə isə ümumilikdə 6 dəfə tir və dirəkləri nişan alıb.

Qeyd edək ki, Parisdə keçirilən görüş dortmundluların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 50-ci dəqiqədə Mats Hummels vurub. İlk oyunda da Almaniya klubu 1:0 hesabı ilə rəqibinə qalib gəlmişdi.

"Borussiya" finalda "Real" - "Bayern" cütünün qalibi ilə qarşılaşacaq. "Arılar" sonuncu dəfə Çempionlar Liqasının finalında 2013-cü, PSJ isə 2020-ci ildə oynamışdı.