PSJ futbolçusu Kilian Mbappeyə yeni müqavilə təklif edib.

Rekord.az xəbər verir ki, bu barədə RMC məlumat yayıb. Bildirilib ki, Paris klubu 22 yaşlı oyunçu ilə  5+1 müqavilə imzalamağa hazırdır.

Qeyd edək ki, fransalı futbolçunun PSJ ilə hazırkı sözləşməsi 2022-ci ilin yayı başa çatır. O, klubunun bundan əvvəlki təkliflərini müsbət cavablandırmayıb.