PSJ-dən Neymara yeni müqavilə
- 20 Apr 2020 13:45
- 946
PSJ futbolçusu Neymarı komandada saxlamaq istəyir.
Rekord.az xəbər verir ki, bu barədə "sport.es" məlumat yayıb.
Bildirilib ki, Paris klubu braziliyalı hücumçuya 2025-ci ilin yayına kimi davam edəcək müqavilə təklif etməyə hazırdır. Əgər Neymar bu təklifi qəbul etsə, onda hər mövsümə 38 milyon avro qazanacaq.
Qeyd edək ki, 28 yaşlı oyunçunun PSJ ilə hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatır.