![photo](https://www.rekord.az/storage/news/2025_02_08/am28266_1739012438.jpg)
PSJ-dən ulduz futbolçuları ilə yeni müqavilə
- 16:00
- 37
PSJ baş məşqçisi Luis Enrike ilə yanaşı, üç ulduz futbolçusu ilə də yeni müqavilə bağlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Vitinya, Nuno Mendes və Əşrəf Hakimi ilə müqavilələrin müddəti 2029-cu ilin 30 iyununadək uzadılıb.
Xatırladaq ki, Luis Enrikenin də müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi artırılıb.