Avropada transfer pəncərəsi bağlansa da, şayiələr davam edir. Britaniya mətbuatının yaydığı məlumata görə, “Çelsi” futbolçusu Nqolo Kanteni satmaq istəyir.

Rekord.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçini bir neçə Avropa nəhəngi heyətinə qatmaq niyyətindədir.  Bildirilir ki, London təmsilçisi Kanteni sərfəli təklif gələcəyi halda satacaq.

“Real” və Pari Sen Jermen hazırda Kante ilə yaxından maraqlanır.  Nqolonun “zadəganlar”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Həm “Çelsi”, həm “Real”, həm də PSJ bu mövsüm Çempionlar Liqasının qalibi olmağa əsas namizədlərdəndir. Futbol matçlarına ən yaxşı pul qoyuluşunu isə 1xbet azerbaycan-da edə bilərsiniz.  

Madrid təmsilçisi daha iki futbolçunu maraq dairəsinə alıb. İspaniyalılar "Roma"nın futbolçusu Lorenso Pelleqrinini transfer etməkdə israrlıdır. Maraqlıdır ki, "canavarlar" 25 yaşlı yarımmüdafiəçisi ilə sözləşməni yeniləmək istəyir. Lakin oyunçu klubunu dəyişmək niyyətindədir. Onun qış transfer pəncərəsində Madrid təmsilçisinə keçəcəyi gözlənilir.

Bununla yanaşı, "Real"ın La Liqanın 7-ci turunda "Vilyarreal"la matçından (0:0) sonra maraqlı an yaşanıb. "Directo Gol" məlumatına görə, görüşün ardından klub prezidenti Florentino Peres komandanın azarkeşləri ilə söhbət edib. Bu zamanı azarkeşlərdən biri ona deyib: "Prezident, Kilian Mbappeni (PSJ-nin futbolçusu - red.) transfer edin".  Peres isə fanata belə cavab verib: "Gələn il".

"Real" bir neçə dəfə Mbappe üçün PSJ-yə transfer təklifi göndərsə də, qarşı tərəf bunu qəbul etməyib.