Fransanın PSJ klubu futbolçusu Xavi Simonsu yenidən icarəyə verib.

Rekord.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı vinger 2024/2025 mövsümündə Almaniyanın "Leyptsiq" komandasında çıxış edəcək.

Niderlandlı oyunçu 2023/2024 mövsümündə də Bundesliqa klubunun formasını geyinib.