PSJ-nin qapıçısı Keylor Navas zədə səbəbindən Çempionlar Liqasının yarımfinalında "Leyptsiq"lə oyunu buraxacaq.

Rekord.az Fransa mətbuatına istinadən xəbər verire ki, kosta-rikalı qolkiper hələ məşqlərə başlamayıb. Onun yarımfinal görüşünə kimi bərpa oluna bilməyəcəyi vurğulanıb.

Qeyd edək ki, Navas 1/4 finalda "Atalanta" ilə matçda (2:1) zədələnib.

Əlavə edək ki, PSJ - "Leytpsiq" oyunu avqustun 18-i keçiriləcək.