PSJ futbolçusu Kilian Mbappe ilə yeni müqavilə imzalamaqla bağlı danışıqlar aparır.

Rekord.az Fransa mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Leonardo məlumat verib. O, danışıqlarda irəliləyiş olduğunu bildirib: "Danışıqlara davam edəcəyik".

Qeyd edək ki, Mbappe 2017-ci ildən Paris təmsilçisində çıxış edir. Fransalı hücumçunun klubu ilə müqaviləsi 2022-ci ilin yayı başa çatır.