"Borussiya"nın (Dortmund) hücumçusu Erlinq Haaland karyerasını Fransada davam etdirə bilər.

Rekord.az "The Telegraph"a istinadən xəbər verir ki, PSJ 21 yaşlı futbolçunu tezliklə "Real"a keçəcək hücumçu Kilian Mbappenin yerinə transfer etmək niyyətindədir.

Qeyd edək ki, Haaland 2020-ci ilin yanvarından "Borussiya"da oynayır.