![photo](https://www.rekord.az/storage/uploads/4/messi-29.jpg)
PSJ Messidən əl çəkmir
- 11 Mar 2021 14:49
- 569
PSJ rəhbərliyinin əsas hədəflərindən biri hələ də Lionel Messidir.
Rekord.az xəbər verir ki, Paris nəhəngi “Barselona”nın liderinə yenə də maraq göstərir. PSJ argentinalı futbolçunu yayda transfer etməyi planlaşdırır.
Amma mütəxəssislərin fikrincə, “Barselona”da keçirilən prezident seçkilərindən sonra PSJ-nin bu hədəfə çatmaq şansı çox azdır.
“Barselona”nın prezidenti seçilmiş Xuan Laportanın Leo ilə əla münasibətləri var. Bu məqamı nəzərə alan mütəxəssislər iddia edirlər ki, məhz Laportanın prezident seçilməsi Messinin “Barsa”da qalacağını şərtləndirir.