PSJ Lionel Messinin Argentina millisinə çağırılmasından narazıdır.

Rekord.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu 34 yaşlı hücumçunun zədəli olması səbəbindən onun yığmanın düşərgəsinə yollanmasını doğru hesab etmir.

PSJ-nin idman direktoru Leonardo Messinin millinin qarşıdakı matçlar üçün heyətə cəlb olunması ilə bağlı şikayətlərini bildirib. O, belə halların qarşısının alınması üçün FİFA ilə müqavilə imzalanmasının vacib olduğunu söyləyib.

Qeyd edək ki, Argentina millisi DÇ-2022-nin seçmə mərhələsində Uruqvay (12 noyabr) və Braziliya (16 noyabr) ilə qarşılaşacaq.