Fransa çempionatında 2022/23 mövsümünə yekun vurulub.

Rekord.az xəbər verir ki, bu gün sonuncu – 38-ci turun oyunları keçirilib.

Çempionluğu təmin etmiş PSJ son turda “Klermon”la ev oyunundan məğlub ayrılıb. “Oser” “Lans”a, “Reyms” “Monpelye”yə, “Brest” “Renn”ə, “Monako” da “Tuluza”ya evdə uduzub.

“Ayaçço” Marsel “Olimpik”ini, “Loryan” “Strasburq”u, “Nant” “Anje”ni, “Nitsa” da Lion “Olimpik”ini məğlub yola salıb. “Trua” - “Lill” matçında isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

PSJ mövsümü 85 xalla birinci, “Lans” 84 xalla ikinci, Marsel “Olimpik”i isə 73 xalla üçüncü pillədə başa vurub. Bu üç komanda Çempionlar Liqasına vəsiqə qazanıb. 68 xalla dördüncü yeri tutan “Renn” Avropa Liqasına vəsiqə qazanıb. 67 xalla beşinci olan “Lill”i isə Avropa Konfrans Liqasında mübarizə gözləyir.

“Oser” (35), “Ayaçço” (26), “Trua” (24) və “Anje” mövsümü son dörd pillədə başa vurduqları üçün Liqa 1-i tərk ediblər.

Fransa, Liqa 1
38-ci tur

3 iyun

Ayaçço – Olimpik (Marsel) 1:0
Qol: Vidal, 88.

Oser – Lans 1:3
Qol: Nyanq, 71 – Klod-Moris, 19; 48. Openda, 78.

Brest – Renn 1:2
Qol: Belkebia, 36-pen – Buriqe, 13; 45+3-pen.

Loryan – Strasburq 2:1
Qol: Fevr, 10; 36 – Belleqard, 57.

Monako – Tuluza 1:2
Qol: Ben Yedder, 78 – Abuxlal, 70. Hili, 90+4.

Nant – Anje 1:0
Qol: Qanaqo, 16.

Nitsa – Olimpik (Lion) 3:1
Qol: Boatenq, 5-öz qapısına. Laborde, 28. Moffi, 33 – Jeffinyo, 41.

PSJ – Klermon 2:3
Qol: S.Ramos, 16. Mbappe, 21-pen - Qastyen, 24. Zeffan, 45+1. Kiey, 63.

Reyms – Monpelye 1:3
Qol: Baloqun, 28 – Vahi, 54; 76. Nordin, 59.

Trua – Lill 1:1
Qol: R.Lopes, 72 – Diakite, 52.