![photo](https://www.rekord.az/storage/uploads/5/neymar-26.jpg)
PSJ Neymarı ərəblərə satır
- 13 Avq 2023 18:45
- 246
PSJ-nin hücumçusu Neymar “Əl-Hilal”a keçməyə yaxındır.
Rekord.az “RMC Sport”a istinadən xəbər verir ki, 31 yaşlı braziliyalı futbolçunun Səudiyyə Ərəbistanı klubuna keçidi bir neçə günə reallaşa bilər.
“Əl-Hilal” artıq PSJ ilə razılığa gəlib.
Neymar 2017-ci ildə 222 milyon avroya “Barselona”dan PSJ-yə keçib. O vaxtdan bəri hücumçu parislilərin heyətində 173 oyun keçirib, 118 qol vurub və 77 məhsuldar ötürmə edib.