PSJ Neymarı klubda saxlamaq üçün bunu edib
- 07 Sen 2021 13:00
- 549
"Barselona" bu yay PSJ-nin hücumçusu Neymarı geri qaytarmaq istəyib.
Rekord.az xəbər verir ki, bu barədə "RAC1" məlumat yayıb.
Bildirilib ki, Kataloniya təmsilçisinin prezidenti Joan Laporta yayda Neymarla danışıq aparmaq üçün klubun iki nümayəndəsini Parisə göndərib. Bunun öyrənən PSJ-nin sahiblərindən biri 29 yaşlı hücumçunun transferinin qarşısını almaq üçün onun atasının hesabına 20 milyon avro köçürüb.
Qeyd edək ki, Neymar yayda Messi hələ də "Barselona"da ikən argentinalı futbolçu ilə birgə oynamaq istədiyini söyləmişdi.