Fransanın PSJ klubu futbolçusu Neymarla müqaviləni yeniləyib.
Rekord.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
29 yaşlı hücumçu ilə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədərdir.
Neymarın adı İspaniyanın “Barselona” klubu ilə hallanırdı.