PSJ futbolçusu Neymarla yeni müqavilə bağlamaq üçün razılığa gələ bilmir.

Rekord.az xəbər verir ki, bu haqda “La Parisien” nəşri məlumat yayıb. Klubun 28 yaşlı hücumçu ilə danışıqlarda irəliləyiş əldə etmədiyi bildirilib.

Braziliyalı oyunçu Paris klubunda xoşbəxtdir. Lakin, o, paytaxt təmsilçisinin bir neçə il rəqabət aparacaq bir klub olacağına dair təminat almasa, müqavilə imzalamayacaq.

Qeyd edək ki, Neymarın PSJ ilə hazırkı sözləşməsinin müddəti 2022-ci ilin yayına qədərdir.