PSJ-nin futbolçusu Nesta Zahui karyerasını Niderlandda davam etdirəcək.

Rekord.az xəbər verir ki, 18 yaşlı hücumçu “Feyenoord”a keçib.

Bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb. Nesta ilə 1+1 illik müqavilə imzalanıb.

2015-ci ildən PSJ-nin akademiyasında olan Nesta “Feyenoord”a azad agent kimi keçib.