PSJ-nin hücumçusuna 4 oyunluq cəza!
- 24 Sen 2020 14:21
- 619
Fransa çempionu PSJ-nin hücumçusu Anxel Di Mariya 4 oyunluq diskvalifikasiya olunub.
Rekord.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının (LFP) İntizam Komitəsi qərar qəbul edib.
Argentinalı hücumçu Liqa 1-in 3-cü turu çərçivəsində qarşılaşdıqları və 0:1 hesabı ilə uduzduqları Marsel “Olimpik”i ilə matçda rəqib futbolçu Alvaro Qonsalesə tüpürdüyü üçün cəzalanıb.
Diskvalifikasiya sentyabrın 29-dan qüvvəyə minəcək.