PSJ-nin yeni baş məşqçisi Maurisio Poçettino komandanın kapitanının kim olacağı ilə bağlı yayılan suallara cavab verib. 

Rekord.az “L`Equipe”yə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis Markinosun Paris təmilçisinin kapitanlıq sarğısını daşımağa davam edəcəyini bildirib:

“Markinos PSJ-nin kapitanıdır. Bu belə də davam edəcək. İndi gələcəkdə verəcəyim qərarlar haqqında danışmağın yeri deyil. Əsas qalib gəlmək lazımdır”.

Qeyd edək ki, Poçettino bir neçə gün əvvəl PSJ-yə baş məşqçi təyin olunub.