
PSJ-nin keçmiş qapıçısı Türkiyə klubunda
- 17 Yan 2024 17:15
- 246
PSJ-nin sabiq qapıçısı Salvatore Siriqu karyerasını Türkiyədə davam etdirəcək.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı qolkiper “Karagümrük”ə keçib. Onunla müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
“Sevilya”, “Torino”, “Cenoa”, “Napoli” kimi klublarda da çıxış edən Siriqu son olaraq “Nitsa”da oynayıb. O, ötən ilin sentyabr ayından klubsuz idi.