Fransa millisinin və PSJ-nin sabiq futbolçusu Kristof Jalle karyerasını başa vurub. 

Rekord.az xəbər verir ki, cinah müdafiəçisi 37 yaşında futbolla vidalaşıb. 

Fransalı oyunçu son olaraq "Amyen"də çıxış edib. Aprelin 30-da Fransa çempionatı vaxtından əvvəl rəsmən yekunlaşıb və komanda aşağı liqaya düşüb. 

Qeyd edək ki, Kristof Jalle 2012/13 və 2013/14 mövsümündə PSJ ilə ölkə çempionu olub. Mudafiəçi 2012-2017-ci illərdə Fransa yığmasının formasını geyinib. O, PSJ və “Amyen”dən başqa “Nyor”, “Loryan”, “Olimpik” (Lion) və “Nitsa”nın da uğurları üçün çalışıb.