Fransanın PSJ və “Olimpik” (Lion) klubunun sabiq futbolçusu Matyö Bodmer karyerasını bitirib.

Rekord.az xəbər verir ki, bu barədə 37 yaşlı yarımmüdafiəçi “instagram” hesabından açıqlama verib.

Karyerası ərzində “Lill”, “Olimpik” (Lion), PSJ, “Sent-Etyen”, “Nitsa”, “Genqam” kimi klublarda çıxış edən Bodmerin son iş yeri “Amyen” olub.

2010-2013-cü illər aralığında PSJ-də forma geyinən yarımmüdafiəçi 63 oyunda 6 qol vurub.