
PSJ-nin səhmdarı İspaniyada klub alır
- 27 Mar 2025 17:35
- 113
PSJ-nin əsas səhmdarı olan “Qatar Sports Investments” İspaniyanın ikinci divizionunda çıxış edən “Malaqa”nı ala bilər.
Rekord.az xəbər verir ki, bu barədə Fransanın “Ekip” nəşri məlumat yayıb.
“Qatar Sports Investments” PSJ (şirkət hazırda klubun səhmlərinin təxminən 87,5 faizinə sahibdir) və Portuqaliya “Braqa”sından (21,67 faiz) sonra “Malaqa”nı da ala bilər. Hər iki tərəf 100 milyon avro dəyərində təxmin edilən müqavilə üzrə danışıqların qabaqcıl mərhələsindədir.
İspaniya klubu hazırda “Bluebay” otel və əmlak qrupuna (49 faiz), həmçinin qətərli iş adamı Abdullah Əl-Taniyə məxsusdur, ancaq “Malaqa” xarici idarəçilik altındadır.