PSJ Avropanın ən yaxşı beş liqasında mövsümdə ilk məğlubiyyətini alan son klub olub.


Rekord.az xəbər verir ki, parislilər dünənə kimi məğlub olmayan yeganə klub olaraq qalırdı.


Bu seriyaya 1:3 hesablı uduzduğu “Nitsa” ilə ev matçında son qoyulub.


PSJ “Barselona” ilə birlikdə mövsümün sonunda trebl qazanmaq şanslarını saxlayan iki Avropa komandasından biri olaraq qalır. Belə ki, komanda vaxtından əvvəl Fransa çempionu olub, UEFA Çempionlar Liqasının yarımfinalına və ölkə kubokunun finalına yüksəlib.