Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az Paris təmsilçisi İspaniyanın "Real" klubundan ayrılan Marko Asensionu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Asensio 2015-ci ildən "Real"da çıxış edirdi. O, bu yay Madrid klubundan azad agent kimi ayrılmışdı.

PSJ daha əvvəl Milan Şkrinyarı heyətinə qatdığını açıqlayıb.