![photo](https://www.rekord.az/storage/uploads/5/ugarte-2.jpg)
PSJ növbəti transferini açıqladı
- 07 İyl 2023 20:41
- 258
Fransanın PSJ klubu növbəti keçidini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, ölkə çempionu Portuqaliyanın “Sportinq” klubundan uruqvaylı Manuel Uqarteni heyətinə qatıb.
22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün Paris klubu Lissabon təmsilçisinə 60 milyon avro ödəyəcək.
PSJ daha əvvə Milan Şkrinyar və Marko Asensionunun da transferini açıqlamışdı.