PSJ-nin idman direktoru Leonardo komandanın transfer siyasəti barədə danışıb.

Rekord.az xəbər verir ki, Lonardo Kavani ilə Tayaqo Silvanın da komandadan gedişinə münasibət bildirib.

O, səhvə yol verdiklərini də etiraf edib: “Hərdən özümüzə bu sualı verməliyik: “Gələcəkdə nə iş görməyi planlaşdırırıq”. Əlbəttə, biz komandanı tərk edən futbolçularla müzakirə aparmışdıq.

Ancaq bu, elə vaxt idi ki, istədiklərini onlara verə bilmirdik. Bu məsələdə həm maliyyə problemi vardı, həm də komandada nəsil dəyişməsi strategiyası.

Bu, asan qərar deyildi, biz səhvə yol vermişik, amma qərarla barışmaq lazımdır”.