Fransanın PSJ və İngiltərənin “Liverpul” klublarının sabiq hücumçusu David Nqoq futbolçu karyerasını başa vurub.

Rekord.az xəbər verir ki, bu barədə onun sonuncu klubu – Litva təmsilçisi “Jalgiris” məlumat yayıb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, fevral ayında transfer olunan Nqoqun 31 yaşında futbolçu karyerasını tamamlaması onlar üçün də gözlənilməz olub. Amma Litva təmsilçisi fransalı forvardın qərarına hörmətlə yanaşdıqlarını bəyan edib.

Nqoq 2006-2008-ci illər aralığında PSJ-də, 2008-2011-ci illərdə isə “Liverpul”da forma geyinib. Bütövlükdə, karyerası ərzində 9 fərqli klubda 340 rəsmi oyuna çıxan fransalı futbolçu 74 qola sevinib.