![photo](https://www.rekord.az/storage/uploads/5/verratti-3.jpeg)
PSJ Verrattini Qətər klubuna satdı
- 14 Sen 2023 10:41
- 305
Qətərin "Əl-Ərəbi" klubu PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin transferini rəsmən açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtalyan futbolçu yeni klubunda 7 nömrəli forma ilə çıxış edəcək.
"Əl-Ərəbi" 30 yaşlı yarımmüdafiəçinin transferi üçün Fransa klubuna 45 milyon avro ödəyəcək. Verratti ilə 2026-cı ilin yayına qədər müqavilə imzalandı açıqlanıb.
Xatırladaq ki, Verratti 2012-ci ildən PSJ-də çıxış edirdi. O, ötən mövsüm Paris təmsilçisinin heyətində bütün turnirlərdə 38 oyun keçirib və 1 qol ötürməsi verib.