PSJ yeni baş məşqçisini rəsmən açıqladı
- 2022-07-05 19:00
- 331
Maurisio Poçettinonu istefaya göndərən PSJ yeni baş məşqçisini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Komandanı bundan sonra Kristof Qaltye çalışdıracaq. 55 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qaltye daha əvvəl Fransada “Sent-Etyen”, “Lill” və “Nitsa” kimi komandaları çalışdırıb.