Niderlandın PSV klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, sözügedən klub “Milan”ın və İsveçrə yığmasının müdafiəçisi Rikardo Rodriqesi heyətinə qatıb.

Bu barədə PSV-nin rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb. O, bu komandada 68 nömrəli formanı geyinəcək.

“Milan”a 2017-ci ildə Almaniyanın “Volfsburq” klubundan transfer olunan Rikardo, cari mövsümdə cəmi 5 rəsmi oyuna çıxıb. İsveçrə yığmasında 71 oyun keçirmiş futbolçu “Sürix”in yetirməsidi.