"Milan"ın futbolçusu Hakan Çalhanoğlu Karyerasını Qətərdə davam etdirə bilər.

Rekord.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.

Qətər klublarından "Əl-Duhail" 27 yaşlı yarımmüdafiəçiyə illik 8 milyon maaş olmaqla 3 illik müqavilə təklif edib.

Klub nümayəndələri gələn həftə bu keçidi müzakirə etmək üçün türkiyəli oyunçu ilə görüşəcək. Lakin o, Avropa klublarına transfer olunmağa daha müsbət yanaşır.

Hakan Çalhanoğlu bu mövsüm 42 matçda 9 qol vurub və 13 qolun ötürməsin verib.