“Pünik”in baş məşqçisi Yeqişe Melikyan futbolçusu Anton Kobyalkonu döyüb.

Rekord.az championat.com-a istinadən xəbər verir ki, buna tərərlər arasındakı münasibətlərin gərginliyi səbəb olub. Komandanın matçlarından birində məşqçi Kobyalkonu təhqir edib. Daha sonra Rusiyalı oyunçu klubla müqaviləsinə xitam vermək və ölkəsinə qayıtmaq qərarına gəlib. Futbolçu komanda yoldaşları ilə vidalaşan zaman Melikyandan onu təhqir etdiyi üçün üzr istəməsini tələb edib. Mütəxəssis isə bunu yerinə yetirməyib. Ona görə də Anton Melikyana yumruqla vurub.

Kobyalko hava limanında olan zaman Mikelyan və “Pünik”in idman direktoru Kim Arakelyan oraya gediblər. Anton isə çalışdırıcıdan yenə ondan üzr istəməsini tələb edib. Bu dəfə Melikyan futbolçunu döyüb. Anton isə hadisəyə görə ifadə verməkdən imtina edib və ölkəsinə uçub.

Qeyd edək ki, A. Kobyalko ötən ildən “Pünik”də çıxış edirdi.