"Yuventus"un yarımmüdafiəçi Miralem Pyaniç mövsümün sonunda klubunu dəyişəcək.

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin kubu 30 yaşlı futbolçunu transferə çıxacaracaq.

Bosniya və Herseqovina millisinin üzvü ilə PSJ-nin maraqlandığı iddia olunur. Artıq Paris təmsiçisinin idman direktoru Leonardonun Pyaniçin meneceri ilə bu keçid barədə danışdığı da qeyd olunub.

Qeyd edək ki,  Miralem Pyaniçin "Yuventus"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.