Qadın güləşçilər Bakıda məşqləri davam etdirir
- 28 Apr 2021 19:14
- 692
Qadın güləşi üzrə Azərbaycan yığması Bakıda məşqləri davam etdirir.
Rekord.az xəbər verir ki, Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçən millimiz qarşıdan gələn Dünya Olimpiya Təsnifat turnirinə son hazırlıq prosesini həyata keçirir.
Komanda baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında taktiki-texniki məşqlərdə iştirak edir. Fiziki hazırlıq üzrə məşqlər isə bu sahə üzrə mütəxəssis olan Mark Alan Filippinin nəzarəti altında keçirilir.
Qeyd edək ki, qadın güləşçilərimiz mayın 3-də Bolqarıstana yollanacaq. Sofiyada keçiriləcək lisenziya yarışında 53, 57, 62, 68 və 76 kq-da çıxış edən güləşçilərimiz Olimpiya Oyunlarına vəsiqə qazanmağa çalışacaq. Qadın güləşçilər Dünya Olimpiya Təsnifat turnirində mayın 7-8-də mübarizə aparacaq.