Qadın güləşçilər DÇ-yə Bakıda hazırlaşır
- 22 Okt 2021 19:00
- 615
Noyabrın 1-dən 7-dək Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı keçiriləcək.
Rekord.az xəbər verir ki, mundialda iştirak edəcək qadınlardan ibarət millimiz Bakıda məşqləri davam etdirir.
Baş məşqçi Aslan Ağayevlə məşqçi Rövşən Umudovun rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı oktyabrın 31-dək davam edəcək. Məşqlərini Olimpiya Güləş Mərkəzində keçən yığmamız noyabrın 1-də Serbiyaya yollanacaq.
Qeyd edək ki, qadın güləşçilər noyabrın 3-dən 5-dək DÇ-də çıxış edəcək.