Qadın güləşçilər Göygöldə toplanışa başladılar
- 26 Fev 2024 21:42
- 262
Qadın güləşi üzrə millimiz bu gün növbəti təlim-məşq toplanışına start verib.
Rekord.az xəbər verir ki, böyüklər, U-20 və U-17 yığma komandaların üzvlərindən formalaşmış geniş heyət Göygöl Olimpiya İdman Kompleksində məşqlərə başlayıb.
Martın 10-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Toğrul Əsgərov, məşqçi Ağahüseyn Mustafayev, eləcə də U-20 və U-17 milli komandanın böyük məşqçisi Rövşən Umudovla Solmaz Adilovanın rəhbərliyi altında 27 güləşçi yer alıb.
Hazırlıq prosesində yer alan güləşçilərin bir qismi martda Türkiyənin Antalya şəhərində keçiriləcək “Zəfər kuboku” və “Çempionlar” turnirində iştirak edəcək.