Qadın güləşçilərdən AÇ-yə uğursuz start
- 15 Mar 2023 18:23
- 390
Azərbaycanın üç qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında mübarizəyə başlayıb.
Rekord.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərova moldovalı Mariya Leordaya qalib gəlsə də, 1/4 finalda litvalı Qabija Diliteyə uduzub.
55 kq-da yer alan Elnurə Məmmədova polşalı Angelika Mitkovskanı məğlub etsə də, 1/4 finalda isveçli Emma Malmqrenə yenilib.
68 kq-da çıxış edən Nigar Mirzəzadə ilk görüşündə slovakiyalı Suzanna Molnara ilə bacarmayıb.