Qadın güləşçilərimiz Bolqarıstanda toplanış keçir
- 02 İyn 2021 21:20
- 761
Olimpiya Oyunlarında güləş yarışlarının başlamasına 2 aydan az vaxt qalıb.
Rekord.az xəbər verir ki, Azərbaycanın güləş üzrə yığmaları Tokio Olimpiadasına hazırlığı intensiv şəkildə davam etdirir.
Qadın güləşçilərimiz Bolqarıstanda təlim-məşq toplanışı keçir. Mayın 24-dən startı verilən hazırlıq prosesi iyunun 8-dək davam edəcək. Yerli komandayla birgə təlim-məşq toplanışında baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq) və Elis Manolova (68 kq) iştirak edir. Bolqarıstanın dağlıq bölgəsi olan Belmekendə keçirilən məşqlərdə həm fiziki, həm də taktiki-texniki çalışmalara üstünlük verilir.
Qeyd edək ki, toplanış başa çatdıqdan sonra Stadnik və Manolovanın Polşanın paytaxtı Varşavada baş tutacaq reytinq xarakterli beynəlxalq turnirdə iştirakı nəzərdə tutulub.