Qadın güləşçilərimiz MDB Oyunlarında 3 medal qazandı
- 04 Sen 2021 19:30
- 614
Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Rekord.az xəbər verir ki, bu gün qadın güləşçilərin yarışı keçirilib.
Ölkəmizi məşqçi Rövşən Umudovun rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Tatyana Varansova (53 kq), Yasəmən Məcidli (55 kq), Jalə Əliyeva (62 kq) və Birgül Soltanova (65 kq) təmsil edib.
Bütün çəkilərdə mübarizə dairəvi sistem üzrə baş tutub. Yekunda güləşçilərimizdən Şəhanə gümüş, Tatyana və Birgül isə bürünc medal qazanıb.