İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Rekord.az xəbər verir ki, üçüncü yarış günündə 4 qadın güləşçimiz mübarizəyə qoşulub.

Türkan Nəsirova startda dünya və Avropa ikincisi Emiliya Vukla qarşılaşıb və xalçadan məğlub ayrılıb.

Elmira Qəmbərova ilk mərhələdə ötən il Avropa çempionatında 3-cü yer uğrunda görüşdə qalib gəldiyi Angelina Lisakla üz-üzə gəlib. Bu dəfə ukraynalı güləşçi revanş alıb.

Püşk ilk mərhələdə İrina Netrebanın qarşısına dünya və Avropa çempionu Alla Çerkasovanı çıxarıb. Təmsilçimiz titullu rəqibinə minimal fərqlə uduzub.

Mübarizəyə 1/8 finaldan qoşulan Səbirə Əliyeva ilk görüşdə yunan həmkarından güclü olub. Ancaq 1/4 finalda dünya və Avropa ikincisi Yekaterina Bukina ilə bacarmayıb.
 
50 kq
Təsnifat: Türkan Nəsirova - Emiliya Alina Vuk (ROU) 0:4 (tuşe)

59 kq
Təsnifat: Elmira Qəmbərova - Angelina Lisak (UKR) 4:10

68 kq
Təsnifat: İrina Netreba - Alla Çerkasova (UKR) 4:5

76 kq
1/8 final: Səbirə Əliyeva - Aykaterini Pitsiava (GRE) 6:0
1/4 final: Səbirə Əliyeva - Yekaterina Bukina (RUS) 0:2 (tuşe)