Qadın sablyaçılarımız Fransanın Orlean şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə qran-pri yarışında çıxışını başa vurub.

Rekord.az xəbər verir ki, təmsilçilərimizdən mübarizəyə əsas mərhələdən qoşulan Anna Başta ilk görüşündə Avstraliya sablyaçısı Veronika Vasilevaya 15:9 hesabı ilə qalib gəlsə də, ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə fransalı Sesilia Berderə 8:15 hesabı ilə məğlub olub.

Digər sablyaçılarımızdan Səbinə Kərimova, Valeriya Bolşakova, Sevil Bünyatova, Palina Kaspiaroviç və Zərifə Hüseynova təsnifat mərhələsindən ən güclü 64-lüyə yüksələ bilməyib.